MƏMMƏDOVA İLHAMƏ

Həkim Endokrinoloq

1997-2007-ci illərdə Krasnoyarsk, Norilsk şəhəri 38 nömrəli orta məktəb, tibb yönümlü sinif gümüş medailə bitirib.

2007-2013-cü illər Rusiya, Sankt-Peterburq şəhəri, I. I. Meçnikov adina Şimal-Qərb Dövlət Tibb Universiteti, Müalicə işi fakültəsində təhsil alıb.

2013-2015-ci illər Rusiya, Sankt-Peterburq şəhəri, I. I. Meçnikov adina Şimal-Qərb Dövlət Tibb Universiteti, kliniki ordinatura endokrinologiya kafedrasında təhsili davam etdirib.

2009-cu ildə ” Müxtəlif xəstəliklərin metabolik korreksiyası və profilaktika üzrə müasir yanaşma” mövzusunda mühazirələrdə, 2011-ci ildə “Şəkərli diabetdə müxtəlif psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi” mövzusunda endokrinologiya üzrə nəşrdə iştirak edərək sertifikatlar qazanıb.

2011-ci ildə daxili xəstəliklər propedevtikası kafedrasında “Praktikada xroniki ürək çatışmazlığı olan xəstələrdə kliniki vəziyyətin qiymətləndirilmə şkalasının tətbiqi” mövzusunda kardiologiya üzrə iş 1-ci yeri qazanıb.

2014-cü il “Endokrinologiyanın cətin sualları” mövzusunda mühazirələrin dinlənməsi haqqinda şəhadətnamə ilə təltif olunub.

2015-ci il Fasiləsiz yeni tibb modelinin həyata keçirilməsi çərçivəsində (endokrinologiya və diabetologiya üzrə Dördüncü almaniya-rusiya seminarı) iştirakçı şəhadətnaməsi qazanıb.

2015-ci il Akku Chek Kombo ile pompa insulinoterapiyasi kursu üzre sertifikat ilə təltif olunub.

2013-2014-cü illər – I. I. Meçnikov adina Şimal-Qərb Dövlət Tibb Universitetinin Petr Velikiy xəstəxanasının endokrinologiya şöbəsində işləyib.

2014-2015 – Sankt-Peterbunq şəhəri Leninqrad kliniki xəstəxanasında fəaliyyət göstərən endokrinologiya şöbəsində çalışıb.

Hal hazırda “Endokrin Mərkəz”də işləyir