İNSULİNOTERAPİYA FONUNDA ŞƏKƏRLİ DİABET ZAMANI PƏHRİZ
1. RAFİNƏ OLUNMUŞ KARBOHİDRATLAR:
3-5 q radinə olunmuş karbohidrat 1-2 vahid insulin tələb edir. Lakin bu karbohidratlar hipoqlikemiyanı dayandırmaq üçün istifadə olunur.
Beləliklə!!! Şəkər, qlükoza, fruktoza, konfet, dondurma, pirojna, şokolad, marmelad, mürəbbə, peçenye, şirin içkilər, yüksək qlükoza tərkibli meyvələr, fruktoza – üzüm, banan, ananas, yemiş, şaftalı, xurma, ərik, armud və almanın şirin sortları, quru meyvələr (üzüm, qaysı, gavalı, əncir), bal, bulka, pomidordan başqa bütün şirələr, ağ çörək və ağ undan hazırlanan məhsullar QADAĞAN OLUNUR!!!
Lazım gələrsə, sutkada 30 qramadək ksilit, sarbit şəkər əvəzləyiciləri istifadə olunur. Lakin onlar toxumaların hiperosmolyarlığını gücləndirir. Buna görə də onların gündəlik qəbulundan qaçmaq lazımdır. Aspartam qəbul etmək daha məsləhətlidir. Saxarin, Asesulfan və siklomatlar kanseragen təsiri təsdiqlənən maddələrdir, buna görə onları istifadə etmək məsləhət görülmür.
2. ARALIQLI KARBOHİDRATLAR:
• Qara çörək – gün ərzində 3-4 dəfə qəbul olunmaqla, orta hesabla 200-300 q.
• Kartof – 200-240 q (miy şəkildə), püre OLMAZ!
• Dənli məhsullar: yulaf, arpa, qarabaşaq. Düyü, darı və mannı OLMAZ!
• Meyvələr: şirin olmayan alma, sitrus – gün ərzində 300 q-dək.
• Giləmeyvələr: quşüzümü, mərsin, qaragilə – gün ərzində 300 q-dək. Yayda istənilən giləmeyvələr və gün ərzində 200 q-dək qarpız.
Aralıq karbohidratlarını özündə cəmləşdirən məhsullar – dənli bitkilər, kartof, meyvə, çörək, makaron məhsulları, duru süd məhsulları hər xəstə üçün ciddi şəkildə sənədləşdirilir və çörək vahidləri (ÇV) ilə hesablanır!
Bir ÇV = 10-12 q karbohidrat, o da öz növbəsində 1-2 vahid insulin tələb edir.
Bir ÇV = 25 q çörək, 15 q dənli bitki = 60 q kartof = 15 q makaron məhsulu (quru) = 48 kkal.
Başqa məhsullarla əvəz olunma mümkündür (cədvələ bax).
Sutka ərzində ÇV-nin miqdarı yaşdan, cinsdən, yüklənmədən və ideal bədən kütləsindən (İBK) asılıdır.
İBK = çəki kq/boy kvadratı (m2). İBK = boy – 100 (Brok indeksi).
Orta fiziki yüklənmə zamanı ÇV-nə olan ortalama tələbat:
• Gənclər – 18-20 ÇV.
• Orta yaş həddi (40 yaş) – 16-18 ÇV.
• Yaşlılar – 12-15 ÇV.
• İBK-nin defisiti və ağır fiziki yüklənmə zamanı – 25-30 ÇV.
• Piylənmə zamanı – 8-10 ÇV.
Sutka ərzində karbohidratların (ÇV) paylaşdırılması insulinoterapiya rejimindən asılıdır. Lakin həmişə ciddi olaraq saatlarla qidalanmaq, ÇV-nin tövsiyə olunan miqdarına ciddi riayət etmək lazımdır. Qida qəbulunun arasındakı intervallar 3-4 saatdan çox olmamalıdır.
ƏNƏNƏVİ İNSULİNOTERAPİYA
Variant 1. Orta yaş həddi (50 yaşa qədər), orta fiziki yüklənmə (zehni əmək), normal bədən kütləsi.
Qadınlar: 16 ÇV. Kişilər: 15 ÇV.
Saat 8:00-9:00 – I səhər yeməyi – 4-5 ÇV (60 q dənli bitki sıyığı).
Saat 10:00-11:00 – II səhər yeməyi – 2 ÇV (50 q çörək).
Saat 14:00 – nahar – 4-5 ÇV.
Saat 16:00-18:00 – I şam yeməyi – 3-4 ÇV (240 q kartof).
Saat 21:00 – II şam yeməyi – 2 ÇV (50 q çörək).
Variant 2. Artıq bədən kütləsi və ya yaşlı (50-dən yuxarı) adamlarda.
Qadınlar: 12 ÇV. Kişilər: 14 ÇV.
I səhər yeməyi – 3 ÇV (45 q dənli bitki sıyığı).
II səhər yeməyi – 2 ÇV (50-75 q çörək).
Nahar – 3 ÇV (kartof, çörək, dən).
I şam yeməyi – 3 ÇV (180 q kartof).
II şam yeməyi – 1-2 ÇV (25-50 q çörək).