ŞD-in müalicəsinin əsas məqsədi qlükozanın səviyyəsini yol verilən normalar çərçivəsində saxlamaqdır. Bu həyatı uzatmaq, simptomları azaltmaq və fəsadların qarşısını almaq üçün icra olunur. Pasient üçün fərdi plan tərtib olunur. Bura daxildir:
Maariflənmə – diabetin nə olduğunu və qanda qlükozanın səviyyəsinin necə dəyişə biləcəyini araşdırmaq.
Sağlam qidalanma – nə və hansı araqlıqda yediklərinizə nəzarət. Şirin və yağlı yeməklərə məhdudiyyət, meyvə və tərəvəzə üstünlük vermək.
Sağlam həyat tərzi – çəkiyə nəzarət üçün gündəlik fiziki tapşırıqlar, spirtli içkilərdən sui-istifadədən vəsiqaretdən imtina etmək.
Qanda qlükoza səviyyəsinin monitorinqi portatif ev qlükometrinin köməyi ilə gündə bir neçə dəfə keçirilməlidir ki, müalicə həkimi müalicəni izləyə və korrektə edə bilsin. Həmçinin HbA1c-in səviyyəsinə nəzarət etmək lazımdır (optimal norma 6.5-7%-dən aşağı).
ŞD-1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər.
ŞD-2 pasientlərinə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə) və fəsadların qarşısını almaq üçün arterial təzyiqin, xolesterinin səviyyəsinin monitorinqi mütləqdir.

DƏRMANLAR
İnsulinlər insulinin xarici mənbəyi kimi istifadə olunur. Alınan effektin sürətindən, təsir müddətinin və konsentrasiya zirvəssinə nail olmaqdan asılı olaraq, insulinlərin bir neçə növü ayırd edilir. Onlar həm tək, həm də kombinə şəklində istifadə oluna bilər.
Alfa-qlükidaza ingibitorları qidadan karbohidratların hopmasının ləngidirlər.
Biquanidlər qaraciyərin qlükoza istehsalını və hüceyrələrin insulinorezistentliyini azaldır.
Sulfonil sidik turşusu insulin istehsalını gücləndirir.
Tiazolidindionlar hüceyrələrin insulinorezistentliyini azaldır, onların qlükozanın mənimsəməklərini yaxşılaşdırır.

NƏ GÖZLƏMƏK OLAR?
Şəkərli diabetə ciddi yanaşmaq lazım olduğunun səbəbi yalnız qanda qlükoza səviyyəsinin qalxıb-enməsi nəticəsində komaya gətirib çıxarması deyil. Daha bir ciddi səbəb kifayət qədər yavaş inkişaf edən ağır fəsadların yaranmasıdır.
Əgər siz müalicə planına ciddi riayət edirsinizsə (ən çətin budur, çünki simptomlar tez yox olur və sağalma illuziyası yaranır), siz fəsadların inkişafının qarşısını ala, tam güc ilə yaşaya bilərsiniz.
FƏSADLAR
Uzun müddətli hiperqlikemiya bir sıra fəsadlara yol açır.
Retinopatiya – görmə qabiliyyətinin tam itirilməsi ilə nəticələnə bilən gözün torlu qişasının damarlarının zədələnməsidir.
Nefropatiya – böyrək çatışmazlığına gətirib çıxara bilən böyrəklərin zədələnməsi.
Neyropatiya – orqanizmin ayaq və əllərdə keyləşmə və ya ağrı, sancı ilə müşayiət olunan funksiyalarının ardınca hissiyatın və əsəb sisteminə nəzarətin itirilməsi.
Ateroskleroz – ürək tutmasına, insulta, ətraflarda qan dövranının pozulmasına, seksual problemlərə gətirib çıxara bilən arteriyaların nazikləşməsi və qalınlaşması.
Diabetik pəncə – uzun müddətli sağalmayan pəncə xoraları ilə vəhdət təşkil edən, eyni zamanda infeksiyalaşma nəticəsində yaranan və amputasiya məcburiyyatı yaradan qanqrenaya gətirib çıxaran vəziyyətdir.
Şəkərli diabet zamanı infeksion xəstəliklərin riski yüksəkdir.