Prolaktinin səviyyəsi venadan alınan qanın analizi ilə təyin olunur. Qadınlara menstrual dövrün birinci fazasında analiz vermək məsləhətdir.Analiz üçün qanı səhər saatlarında, oyanandan və qida qəbulundan 1 saat sonra almaq lazımdır. Prolaktin üçün qan analizi götürülməsi ərəfəsində seksual əlaqələrdən, saunaya və hamama getməkdən, eləcə də ən kiçik dozada belə alkoqol qəbul etməkdən uzaq olmaq lazımdır. Prolaktin analizini stressli vəziyyətdən dərhal sonra vermək məsləhət deyil. Buna görə əgər siz analiz ərəfəsində əsəbləşmisinizsə, bu müayinənin aparılmasını başqa günə keçirmək yaxşı olar. Prolaktin analizindən əvvəl sinənizlə ehtiyatlı davranın və onun zədələnməsinə imkan verməyin. Bilavasitə analizdən əvvəl sərbəstləşin və yarım saat uzanın. Analizə 1 saat qalmış siqaretdən imtina edin. Qan verməzdən əvvəl ginekoloji müayinə və süd vəzilərinə baxış qadağandır. Prolaktinin müəyyən olunması tədqiqatlarının aparılması zamanı bütün tövsiyələrə əməl etmək vacibdir. Əks halda analiz yalançı müsbət nəticə göstərər, orqanizmdə hansısa patologiyaya şübhə yaradaraq digər lazım olmayan analizlərin aparılmasına təkan verər.