DİABETİK PƏNCƏ

Şəkərli diabetin ən təhlükəli fəsadlarından biri – aşağı ətrafların zədələnməsi. Səbəbi – qanda qlükoza səviyyəsinin daim yüksək olmasıdır (HİPERQLİKEMİYA).

YARANMA MEXANİZMLƏRİ
AŞAĞI ƏTRAF SİNİRLƏRİNİN ZƏDƏLƏNMƏSİ (NEYROPATİYA).
Təzahürləri: keyləşmə, yanma hissi, pəncədə ağrı, pəncə dərisinin həssaslığının azalması, yüksək mikrotravmatizm riski.

AŞAĞI ƏTRAF ARTERİYALARININ ZƏDƏLƏNMƏSİ (ANGEOPATİYA).
Təzahürləri: trofikanın pozulması (qida maddələri və oksigenlə təchizatın), toxumalardan parçalanma məhsullarının ləng xaric olunması, yataların gec sağalması.
Hissiyatın azalması səbəbindən insan iti əşyanın üstünə necə çıxdığını, yandıran istini və ya soyuğu sadəcə hiss etməyə bilər. Həmçinin o, ayaqqabısının ayağını sıxdığını və vurduğunu da hiss etməyə bilər. Belə olan halda təzyiq göstərilən sahələrdə əsl yaralar yarana bilər. Hətta sürüşən ayaqqabı içliyi də problem yarada bilər.
Trofikanın pozulmzsı səbəbindən mikrotravmaların sağalması pis gedir, buna ikincili infeksiya qoşulur və bu da sonda qanqrena, eləcə də aşağı ətrafın bir hissəsinin təcili amputasiyası ilə nəticələnə bilər.

Diabetik pəncənin inkişafına yol verməmək, onu sonradan müalicə etməkdən daha asandır. Profilaktika ev qlükometrinin köməyi ilə qanda qlükoza səviyyəsinin vaxtaşırı monitorinqindən ibarətdir. Eləcə də, şəkərli diabet xəstələrinə uzun müddət pəncələrini sağlam saxlamağa kömək edən cox da çətin olmayan qaydalara riayət etmək lazımdır.