Oftalmoloqa nə üçün müraciət etmək lazımdır?
Diabet zamanı şəkərin yüksəlməsi ilə əlaqədər olaraq, torlu qişanı oksigen və qida maddələri ilə təmin edən qan damarları ürək, böyrək və digər orqanların damarları kimi zədələnirlər. Onların elastikliyi azalır, daha kövrək olur, tez zədələnirlər, torlu qişada ödem və qan sızmalar əmələ gəlir. Bu, görmə qabiliyyətində korluğa qədər gətirib çıxaran fəsadlar yarada bilər.
İlkin, bəzən də son mərhələlərdə torlu qişanın zədələnməsi simptomsuz müşahidə oluna bilər. Buna görə də, hətta görmə qabiliyyətinizlə bağlı sizi narahat edən səbəb olmasa belə, mütamadi olaraq oftalmoloqa müraciət etmək lazımdır.

Diabetik retinopatiyanın simptomlarını yadda saxlayın:
• Görmə qabiliyyətinin azalması.
• Göz önündə dumanlılıq.
• Xətlərin, əşyaların yayılmış və əyilmiş görüntüsü.
• Gözlər önündə duman, qara nöqtələr.

Bu simptomlar yaranan kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır!
Yadda saxlayın: ağırlaşan mərhələlərdə görmə qabiliyyətinin azalması korluğa qədər irəliləyə bilər.