İKİNCİ TİP ŞƏKƏRLİ DİABET NİYƏ YARANIR?
İrsi meyillilik aşağı fiziki aktivlik və tarazlaşdırılmamış qidanlanma ilə birlikdə II tip ŞD-in inkişafına zəmin yaradır.
Mədəaltı vəzinin beta-hüceyrələri daha az insulin istehsal edir, o daha az təsir edir və buna görə də şəkərsalma aktivliyi kifayət qədər olmur.
Xəstəliyin ilk əlaməti qanda şəkərin yüksəlməsidir: ac qarına qanda şəkərin miqdarı 6.1 mmol/l, yeməkdən sonra isə 11.1 mmol/l.
ŞƏKƏRLİ DİABETƏ NƏZARƏT ETMƏK NƏ ÜÇÜN VACİBDİR?
Birincisi, diabeti olan xəstənin qanında şəkər yüksək həddə qalırsa, bu onun özünü pis hiss etməsinin səbəbi ola bilər.
Qanda yüksək şəkər əlamətlərinə (simptomlarına) ağızdakı quruluq, susuzluq, ifraz olunan sidiyin həcminin artması, zəiflik, yorğunluq, dəridəki yaraların, zədələnmələrin çətin sağalması, çəkinin azalması, dəridə, yaxud selikli qişalarda qaşınma aiddir.
İkincisi, qanda şəkərin miqdarının daim yüksək olması orqanizmə böyük zərər vurur. Bir çox insanlar yüksək şəkər simptomlarını hiss etməyə bilərlər. Lakin onlar da qanda şəkərin miqdarını təyin olunmuş səviyyədə saxlamalıdırlar. Qanda şəkərə daim nəzarət etmək onunla bağlıdır ki, yüksək şəkər diabetin xroniki fəsadlarının inkişafına doğru aparır. Şəkərli diabetin fəsadları xəstənin gözlərini, böyrəklərini və ayaqlarını zədələyə bilər. Eləcə də bundan ürək-damar sistemi əziyyət çəkir.

ŞƏKƏRLİ DİABETİN MÜMKÜN FƏSADLARI
• İnsult.
• Görmə qabiliyyətinin itirilməsi.
• İnfarkt.
• Böyrək çatışmazlığı.
• Diabetik pəncə.