PİYLƏNMƏ

PİYLƏNMƏ NƏDİR?
Piylənmə ciddi tibbi problemdir. Belə ki, bədən çəkisi artıqlığı bir sıra xəstəliklərin yaranması ehtimalını yüksəldə bilər.
İnsanın boyuna görə çəkisinin uyğunluq dərəcəsini qiymətləndirməyə imkan verən xüsusi göstərici mövcuddur. Bu bədən kütlə indeksi (BKİ) adlanır. Hesablama aşağıdakı formulla həyata keçirilir:
BKİ (kq/m2) = bədən kütləsi (kq) + boy2 (m)
Artıq bədən kütləsinin aşkarlanması piylənmə riskini artırır.

BƏDƏN KÜTLƏ İNDEKSİ
Norma – 18.5-24.99
Artıq bədən kütləsi – 25-29.99
Piylənmə – > 30
Patoloji piylənmə – > 40

SƏBƏBLƏRİ
Qida qəbulu > Orqanizmin enerjini istifadəsi > Piy toxumasının toplanması

Enerji İstifadə olunmayan enerji

Qidalanma. Orqanizmin energetik tələbatını aşan miqdarda, xüsusilə də yüksək kalorili qidanın (piylər, şəkər) qəbul edilməsi.
Fiziki aktivlik. Enerjini istifadə etməyin ən yaxşı üsulu fiziki hərəkətlərin yerinə yetirilməsidir. Müasir dövrdə aktivliyin az olması piylənmənin əsas səbəblərindən biri sayılır.
İrsi meyillilik. Bir ailənin üzvləri arasında piylənmənin inkişafı tendensiyası qeyd olunur. Lakin bu, ailədə eyni həyat tərzinə və ya eyni qida vərdişlərinə əməl edilməsinin nəticəsi də ola bilər.
Tibbi səbəblər. Məsələn, bədən kütləsinin artmasının səbəbləri hipotireoidizm, İtsenko-Kuşinq sindromu, polikistoz yumurtalıqlar sindromu, depressiyalar və bir neçə dərman preparatlarının qəbulu ola bilər.