HİPERPROLAKTİNEMİYA HAQQINDA NƏYİ BİLMƏLİSİNİZ…

HİPERPROLAKTİNEMİYA NƏDİR?
“Hiper” nəyinsə artıq olması deməkdir.
Hiperprolaktinemiya – qanda prolaktinin (hipofiz hormonunun) səviyyəsinin yüksək olması ilə xarakterizə olunan vəziyyətdir. Hiperprolaktinemiya daha çox 25-40 yaşlarındakı cavan qadınlarda təsadüf olunur. Həmin yaşda olan kişilərdə daha az rast gəlinir.

PROLAKTİN NƏDİR?
Prolaktin– hipofizin ön payının hüceyrələrinin istehsal və ifraz etdiyi hormondur.

PROLAKTİN NƏ ÜÇÜN LAZIMDIR?
Prolaktinsüd vəzilərinin normal inkişafına, qadınlarda doğuşdan sonra ana südünün istehsalına təsir göstərir. Hamiləlik dövründə prolaktin böyük miqdarda istehsal olunur. Bu da qadınlarda süd vəzisinin böyüməsinə gətirib çıxarır. Bu, qadının süd vəzisini uşağı əmizdirməyə və süd sekresiyasına hazırlayır. Qadınlarda və kişilərdə prolaktinin əsas funksiyası reproduktiv sistemi tənzimləməkdən ibarətdir.

PROLAKTİNİN SƏVİYYƏSİNİN YÜKSƏLMƏSİNİN SƏBƏBİ NƏDİR?
Prolaktinin hipersekresiyasına gətirib çıxaran səbəblər – fizioloji, farmokoloji və patoloji olur.

FİZİOLOJİ SƏBƏBLƏR.
• Prolaktinin daim yüksəlməsi, nə zaman baş verdiyindən asılı olmayaraq – gündüz yaxud gecə – yuxu müddətində qeyd olunur. Prolaktin eləcə də qadınlarda cinsi əlaqə zamanı yüksəlir.

• Prolaktinin səviyyəsi hamiləlik və süd verən zaman yüksəlir. Süd verən müddətdə qadınlarda prolaktinin səviyyəsi çox yüksək olur, lakin bu patologiya hesab edilmir. Laktasiya dövrü bitdikdən dərhal sonra prolaktanin sekresiyası normaya düşür.

• Prolaktinin yüksəlməsi fiziki aktivlik zamanı qeydə alınır. Məsələn, trenajor zalında məşqlər zamanı, zülallı qida qəbulundan sonra, eləcə də stress zamanı. Qadınlarda qanda prolaktinin konsentrasiyasının fizioloji yüksəlməsi menstrual dövrün ikinci fazasında baş verir.
BU HALLAR PATOLOGİYA DEYİL, SAĞLAM ORQANİZMİN NORMAL VƏZİYYƏTLƏRİDİR.

FARMOKOLOJİ SƏBƏBLƏR.
Prolaktinin sekresiyasına təsir edərək qan zərdabında onun miqdarını artıran bir sıra dərman preparatları mövcuddur. Bu preparatlara aiddir:
• Estrogen tərkibli oral hamiləlik əleyhinə vasitələr.
• Bəzi antidepresantlar.
• Qusma əleyhinə vasitələr.
• Yüksək arterial təzyiqi salan bir sıra preparatlar.
• Xora xəstəliyinin müalicəsi üçün preparatlar.
• Psixotrop və narkotik vasitələr.

Əgər siz bu cür dərman preparatlarını qəbul edirsinizsə, mütləq bu barədə həkiminizə xəbər verin. O sizə prolaktinin səviyyəsinin normalaşdırılması üçün düzgün terapiyanın seçilməsinə kömək edər.

PATOLOJİ SƏBƏBLƏR.
Prolaktinin səviyyəsinin patoloji yüksəlməsi aşağıdakı vəziyyətlərdə baş verir:
• HİPOFİZDƏ ŞİŞİN AŞKARLANMASI.
Prolaktinomalar(hipofizin prolaktin istehsal edən şişləri) patoloji hiperprolaktinemiyanın daha çox rast gəlinən səbəbidir. Adətən onlar kiçik ölçülü olur (diametri 1sm çox deyil). Həkimlər “şiş” sözü ilə hipofizin törəmələrini adlandırırlar və əksər hallarda bunlar xərçəng deyil, bir qayda olaraq, xoş xassəli törəmələrdir.
• QALXANVARİ VƏZİNİN FUNKSİYASININ AZALMASI (HİPOTİREOZ)
• XRONİKİ BÖYRƏK ÇATIŞMAZLIĞI
• YUMURTALIQLARIN XƏSTƏLİYİ (POLİKİSTOZ YUMURTALIQLAR SİNDROMU)
• QARACİYƏRİN SİRROZU
• SÜD VƏZİLƏRİ VƏ DÖŞ QƏFƏSİ ORQANLARI ÜZƏRİNDƏ ƏMƏLİYYATLARDAN SONRAKI VƏZİYYƏTLƏR
• KİŞİLƏRDƏ XRONİKİ PROSTATİT