DİABET NƏDİR?
Diabet – şəkərli diabetin (ŞD) ümumi qəbul olunmuş adıdır. Bu xroniki xəstəlikdir, ona qanda qlükozanın yüksək səviyyəsi xarakterikdir. Səbəbləri ya insulin istehsalındakı problem, ya da orqanizm hüceyrələrinin ona qarşı qeyri-həssaslığıdır. Müvafiq olaraq, hüceyrələr enerji aclığı hiss edirlər. ŞD-in iki əsas tipi ayırd olunur.
ŞD-1, həmçinin yuvenil, köhnə adı – insulindən asılı. Əksər hallarda uşaqlıq və ya gənclik dövründə təzahür edir. Xəstəliyin ən ağır variantıdır.
ŞD-2, həmçinin böyüklərin diabeti, köhnə adı – insulindən asılı olmayan. ŞD-in ən yayılmış tipi (90-95%) əsasən, 40 yaşdan yuxarı insanlarda qeydə alınır. Həmçinin hamilələrin ŞD-si(hestasion) də mövcuddur. O, qadınlarda hamiləlik dövründə yaranır, doğuşdan sonra isə yox olur. Lakin belə qadınlar ömür boyu ŞD-2-yə tutulma riski yüksək olur.
SƏBƏBLƏRİ
ŞD-1-də mədəaltı vəzi az insulin istehsal edir, yaxud heç etmir. Bu günə qədər səbəbi məlum deyil. Lakin vəzinin xüsusi hüceyrələrinin aktivliyinə irsi, ekoloji, infeksion və bir sıra digər faktorlar təsir edə bilər. Bu dəyişikliklər orqanizmi mədəaltı vəzi “yad”, “özgə” hesab etməyə məcbur edir, immun hüceyrələr ona hücum edərək toxumalarını parçalayır.
Mədəaltı vəzinin insulin İnsulin yoxdur Toxumalar tələb olunan
istehsal edə bilməməsi miqdarda qlükoza almır

ŞD-2-də mədəaltı vəzi kifayət qədər insulin istehsal edir, lakin hüceyrələr ona normal şəkildə reaksiya göstərmək bacarığını itirir. ŞD-in bu tipi tədricən inkişaf edir. Çünki mədəaltı vəzi əvvəlcə hüceyrələrin dayanıqlığını dəf etməyə çalışır və daha çox insulin istehsal edir. Lakin bir müddətdən sonra tükənir və insulin istehsalı aşağı düşür.
Mədəaltı vəzi insulinİnsulin varOrqanizmin hüceyrələri
istehsal edir insulinə dayanıqlıdır
(insulinorezistentlik)
Piylənmə ŞD-2-in inkişafının əsas risk faktorudur. Uşaq və yeniyetmələrin piylənmədən əziyyət çəkməsi halının artması səbəbindən ŞD-2 sürətlə cavanlaşır. Piylənməni müşayiət edən vəziyyətlərin, məsələn, arterial təzyiqin artması və ya fiziki aktivliyin azalması da ŞD-2-nin risk faktorları hesab olunur. İrsiyyət də əhəmiyyət kəsb edir. Ailə tarixçəsinə malik olan insanlarda onun yaranma riski daha yüksəkdir.
SİMPTOMLAR
ŞD-in tipik simptomları qanda qlükozanın miqdarının yüksəlməsi ilə (hiperqlikemiya) bağlıdır. Onlara daxildir:
• Susuzluq, aclıq tutmaları, sidik ifrazının çoxalması;
• Görmə qabiliyyətinin yayılması;
• Halsızlıq və hərəkət pozğunluğu.
İnsulinin həmçinin qlükoza ehtiyatlarının formalaşmasına cavabdeh olduğu üçün (qlikogen şəklində) onun qidadan kifayət qədər daxil olmaması fonunda müəyyən müddət ərzində hipoqlikemiya – qanda qlükozanın miqdarının aşağı düşməsi ilə bağlı olan vəziyyət inkişaf edə bilər. Ona xarakterikdir:
• Titrəmə və tərləmə;
• Aclıq hissi;
• Baş ağrısı və ürək fəaliyyətində fasilələr;
• Görmə qabiliyyətində zəifləməsi və nitqin ləngimə.
Əgər hiper və ya hipoqlikemiya sürətlə inkişaf edirsə, qısa zaman kəsiyində komanın inkişaf ehtimalı yüksəkdir. Belə ki, lazımi yardım göstərilməsə, bu ölümlə nəticələnə bilər.
ŞD-1-də, adətən simptomlar daha qabarıq olur, daha tez özə çıxır, koma yaranması ehtimalı yüksək olur.
DİAQNOSTİKA
Qəbul zamanı həkim sizdən özünüzü necə hiss etməniz, keçirdiyiniz xəstəliklər, ailə üzvlərinizdə ŞD-in olub-olmaması haqqında soruşacaq, ŞD-ə işarə edən simptomları yoxlayacaq, eləcə də onları təsdiqləyən analizləri təyin edəcək. ŞD-in mövcudluğundan bu cür şübhələnmək olar, əgər: simptomlar + təsadüfən plazmada qlükozanın aşkar olunması > 11 mmol/l – bu analiz tox qarına həyata keçirilir, o, ŞD-in mövcudluğundan xəbər verə bilər, lakin qlükoza səviyyəsinin acqarına yoxlanmasının köməyilə təsdiqlənməsini tələb edir.
Acqarına plazma qlükozası > 7.0 mmol/l– ŞD-i təsdiqləyən kriteriya kimi istifadə olunur. Bu halda son qida qəbulu analizin keçirildiyi vaxtdan 8-12 saat əvvəl olmalıdır.
2 saatlıq qlükozatolerantlıq testinin həyata keçirilməsi zamanı plazma qlükozası > 11 mmol/l– pasientə qəbul etmək üçün standart miqdarlı qlükoza məhlulu verilir, sonra 2 saatdan sonra onun səviyyəsi yoxlanılır.

Ac qarına plazma qlükozası
Norma: 6.1 mmol/l Diabetönü: 6.1-6.9 mmol/l Diabet: ≥ 7.0 mmol/l

Qlükozatolerantlıq testi
Norma: 7.8 mmol/l Diabetönü: 7.8-11.0 mmol/l Diabet: >11.0 mmol/l

Diabetönünə müvafiq olan qlükoza səviyyələri ŞD-in inkişafının və onun fəsadlarının risk faktorları hesab olunur.

Qlikolizə olunmuş hemoqlobin (HbA1c)qanda qlükoza səviyyəsinin 2-3 ay əvvəlki vəziyyətini əks etdirir. Bu analiz həm müalicə monitorinqi üçün, həm də ŞD-in diaqnostikası üçün istifadə oluna bilər.
Bütün sadalanan analizlər ŞD diaqnozunun tam qoyulması üçün təsdiqlənməlidirlər.

Digər müayinələr – göz dibinə baxış, böyrək funksiyalarının dəyərləndirilməsi, xolesterin səviyyəsinin yoxlanılması – risk faktorlarının və ya fəsadların inkişaf təhlükəsinin qiymətləndirilməsi üçün istifadə oluna bilər