HİPOQLİKEMİYA NƏ DEMƏKDİR VƏ O NİYƏ TƏHLÜKƏLİDİR?
Yəqin artıq anladınız ki, qanda şəkərin daim yüksək olması orqanizm üçün zərərlidir və diabetin fəsadlaşmasına aparır.
Lakin qanda şəkərin həddən artıq aşağı olması da daim yüksək göstəricilərdən (hipoqlikemiya) az zərərli deyil.
HİPO – QLİK – EMİYA
AZ – ŞƏKƏR – QANDA
Qanda şəkərin 3.9 mmol/l-dan aşağı düşməsi.
Hipoqlikemiya – qanda şəkərin aşağı olmasıdır. Qlükogöstəricinin 3.9 mmol/l-dan aşağı olması.
Hipoqlikemiyaya aşağıdakı faktorlar səbəb ola bilər:
• Bəzi şəkərsalıcı preparatların qəbulu.
• Uzunmüddətli fiziki aktivlik (bağda, evdə işləmək, idmanla məşğul olmaq).
• Qida qəbulunda müntəzəmliyin pozulması.
• Alkoqol.
Hipoqlikemiya aşağıdakı simptomlarla xarakteriza olunur: titrəmə, rəngdə solğunluq, tərləmə, aclıq hissi, ürəkbulanma, zəiflik, başağrısı, başgicəllənmə, yuxululuq, orientasiyanın pozulması, davranışda pozulmalar.
Yadda saxlamaq lazımdır ki, bəzi insanlarda hipoqlikemiya simptomsuz keçə bilir və onu yalız qlükometr qanda şəkərin səviyyəsini yoxlayan zaman öyrənmək olar.
Hipoqlikemiyanı vaxtında aradan qaldırmaq lazımdır. Bunun üçün həmişə yanınızda bir neçə ədəd qənd və ya bir paket şirə (məsələn, üzüm şirəsi) saxlamalısınız. Xarakter simptomlar meydana çıxdığı zaman dərhal dörd parça qənd və ya 200 ml şirə içmək lazımdır.

Aşağı şəkər yüksək şəkər kimi orqanizmə böyük ziyan vurur. Əgər hipoqlikemiyanın ilk əlamətlərini zamanında görmək və dərhal tədbir həyata keçirmək mümkün olmazsa, huşun itirilməsi ilə müşaiyət olunan ağır hipoqlikemiya inkişaf edə bilər. Keçirilən ağır hipoqlikemiya orqanizmə təsirsiz ötüşmür. O, insult və ya infarktın yaranmasına səbəb ola bilər.

Bundan başqa hipoqlikemiyanın nə olduğunu öz üzərində təcrübədən keçirən pasientlər növbəti hipoqlikemik epizodun inkişafının qarşısını almaq üçün hər ehtimala qarşı yeməklərarası kiçik qida porsiyaları qəbul edirlər. Bu da öz növbəsində artıq çəkiyə gətirib çıxarır.