DİABETƏ NƏZARƏT ETMƏK ÜÇÜN NƏ EDƏ BİLƏRƏM?
Öz xəstəliyini nəzarət altına almaq – qanda şəkərə nəzarət etmək və onun göstərişlərinə əməl etməkdir. Siz nəzarət etməliniz ki, qanda şəkərin səviyyəsi mümkün olduğu qədər həkiminiz tərəfindən müəyyən olunmuş norma ilə üst-üstə düşsün.
Şəkəri müvafiq səviyyədə saxlamaq üçün sizin üç əsas alətiniz var:
1. Sağlam qidalanma.
2. Aktiv həyat tərzi.
3. Həkim tərəfindən təyin olunan dərman preparatının qəbulu.
Xatırlamaq lazımdır ki, dərman preparatlarının qəbulu pəhriz və hərəkət aktivliyi rejiminə riayət olunmasını ixtisara salmır. Pəhriz və fiziki yüklənmələr diabetə nəzarət istiqamətində həblər qədər mühüm və uğurlu faktor sayılır.
Sizə tövsiyə olunan şəkər salan preparatları mütəmadi qəbul etməyi unutmayın. Qanda şəkəri normal səviyyəyə çatdıran insanlar əksər hallarda onlara təyin olunan şəkərsalıcı preparatların qəbulunu özbaşına dayandırırlar. Bu, xəstəliyin gedişatının pisləşməsinə gətirib çıxarır.
Heç vaxt həkim tərəfindən təyin olunan dərmanların qəbulunu özbaşına dayandırmayın.

BUNU BİLMƏK VACİBDİR!
Şəkərli diabet proqressivləşən xroniki xəstəlikdir. Ondan sağalmaq olmaz, lakin nəzarət etmək olar.
Zaman keçdikcə xəstəlik proqressivləşir və istənilən preparatın effektik azalır. Bir həb preparatının qəbulu səmərə vermədiyi zaman onun dozasının artırılması və ya ikinci, sonra da üçüncü preparatın əlavə olunması zərurəti yaranır. Gələcəkdə qanda şəkərə nəzarət etmək üçün insulinoterapiyanın tətbiqi lazım ola bilər. O, müvəqqəti xarakterli (məsələn, cərrahi müdaxilə zamanı) və ya daimi ola bilər.