Şəkərli diabet – qanda qlükozanın (şəkərin) səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Şəkərli diabetin iki əsas tipi ayırd edilir:
• Birinci tip şəkərli diabet(I tip ŞD)mədəaltı vəzinin beta-hüceyrələri* istehsal etmədiyi zaman insulinin tam çatışmazlığı nəticəsində yaranır;
• İkinci tip şəkərli diabetdə(II tip ŞD) mədəaltı vəzinin beta-hüceyrələri insulin istehsal edir, amma onun sekresiyası aşağı enmiş olur (orqanizmdə insulin çatışmazlığı var), eləcə də insulinin toxuma hüceyrələri ilə qarşılıqlı fəaliyyət mexanizmi pozulmuş olur.
II tip ŞD daha çox rast gəlinir. O, diabetdən əziyyət çəkən pasientlərin 95%-də qeyd olunur.
Əgər sizə şəkərsalıcı həblər təyin olunubsa, yaxud siz artıq onları qəbul edirsinizsə, deməli sizdə II tip ŞD var.
Şəkərli diabet diaqnozunun vaxtında qoyulması çox mühüm şərtdir.
II tip ŞD daha çox 40 yaşdan yuxarı insanlarda inkişaf edir və ömrünün sonuna qədər davam edir. Bu sağalmayan xroniki xəstəlikdir. Lakin!
Şəkərli diabetə nəzarət etmək olar və lazımdır.Bu zaman xəstəlik sizin həyatınızın davamiyyətində və keyfiyyətində hiss olunmayacaq.
Bunun üçün həkim kimi pasient də səy göstərməlidir.
Həkim:Şəkərli diabetə nəzarət etmək olar və lazımdır.
Xəstə: Mən öz qayğıma qalmaq istəyirəm və bacarıram.
* Mədəaltı vəzinin hüceyrələri qanda şəkərin səviyyəsini aşağı salan insulin hormonunu istehsal edir.