USM ALTINDA QALXANVARİ VƏZiDƏ OLAN DÜYÜNÜN İNCƏ İYNƏLİ ASPİRASİON BİOPSİYASI
Hal-hazırda 50 yaş qrupuna daxil olan qadınların təxminən yarısında qalxanvari vəzin düyünləri aşkar olunur. Yaş artdıqca isə düyünlərin rast gəlmə tezliyi yüksəlir. Statistik məlumatlara əsasən düyünlərin yalnız 5-6 % bədxassəli ola bilər. Digərləri isə xoş xassəli olub xərçəngə çevrilmir. Hal-hazırda endokrinoloqların qarşısında duran əsas məsələ qalxanvari vəzin düyünlərinin çıxarılması deyil, dəqiq müayinə nəticəsində düyünlərin xoş və ya bəd xassəli olmasını müəyyən etməkdir.

İncə İynəli Aspirasion Biopsiya (İİAB) qalxanvari vəz xərçənginin əsas diaqnostika metodudur. Qalxanvari vəzin punksiyası və sitaloji materialın sonrakı müayinəsi düyünün quruluşunu, tipini müəyyən etməyə imkan yaradır ki, bu da pasienti düzgün müalicə etmək ücün ən doğru olan taktikanı seçməkdə həkimə yol göstərir.


QALXANVARİ VƏZİN BİOPSİYASINA GÖSTƏRİŞ
Qalxanvari vəzin düyünlərinin ölçüsünün 1sm-dən böyük olması biopsiyaya göstərişdir. 1 sm-dən kiçik düyünləri olan xəstələrə, əgər ailədə qalxanvari vəzin xərçəngi varsa və boyun nahiyyəsinə müalicə məqsədilə şüa alinmışsa, eyni zamanda USM zamanı bəd xassənin olmasına şübhə olan görüntü izlənərsə, USM həkimi biopsiyanın aparılmasını məsləhət verə bilər.


QALXANVARİ VƏZ UZƏRİNDƏ BİOPSİYA APARILMA METODİKASI
Hal-hazırda qalxanvari vəzin biopsiyası yalnız USM altında aparılır. USM altında i.i.a.b palpasiya ilə aparılan biopsiyadan daha üstündür. Biopsiya üçün 10-20 ml şpris və diametri 23-21 G iynə ucluqları istifadə olunur.

Bizim mərkəzdə aparılan biopsiyalarda çox nazik iynə ucluqları isifadə olunur. İncə iynənin istifadə olunması həm xəstələrdə ağrı hissinin, həm də sitoloji materialda qan elementlərinin az olmasına imkan yaradır. Əksər hallarda biopsiyanın aparılması ağrısızlaşdırma tələb etmir. Belə ki təcrübəli həkim 2-5 saniyə ərzində proseduranı yerinə yetirir. Praktiki olaraq biopsiya aparılan bütün mərkəzlərdə biopsiya zamanı anesteziya olunmur. Bizim mərkəzdə biopsiya aparılan zaman dərinin yerli anesteziyası (EMLA) kremilə aparılır. Dərhal biopsiyadan sonra xəstə mərkəzi tərk edərək öz normal həyatına davam edir.

Biopsiyanın rahat aparılması üçün boyun arxa tərəfə istiqamətləndirilir və kürək altı nahiyyəyə kiçik ölçülü döşəkcə qoyulur. Boyun nahiyyəsinin dərisi antiseptik maddə ilə işlənilir və steril salfetlə sərhədlənir.

Qalxanvari vəzin punksiyasını yerinə yetirən həkim ilk olaraq USM -ni aparır, düyünlərin yerləşməsini, sayını, ölçüsünü və eləcədə biopsiya aparılacaq düyünləri aşkar edir , proseduru yerinə yetirir. Qanla kecən infeksiyalardan xəstələri qorumaq məqsədi ilə biopsiya müddəti ərzində tam sterilliyə rəayət olunmalıdır.


QALXANVARI VƏZİDƏ YERLƏŞƏN DÜYÜNÜN BİOPSİYASININ İNFORMATİVLİYİ
Biopsiyanın aparılması zamanı başlıca məqsəd vacib suala cavab tapmaqdır:

USM zamanı aşkar olunan düyün bədxassəlidir yoxsa yox?!

Xəstəni biopsiyaya göndərən həkim bu diaqnostik metodun dəqiq cavabını gözləyir. Lakin, bir sıra hallarda biopsiyanın nəticəsi qeyri-informativ olur. Klinikalarda qeyri-informativ cavablara 20-30 % hallarda rast gəlinir. Yəni düyünün bəd və yaxud xoş xassəli olmasını dəqiqləşdirmək üçün xəstəyə yenidən biopsiya aparılması tövsiyə olunur. Cavab 2 dəfə qeyri-informativ olarsa xəstəyə adətən cərrahi müdaxilə məsləhət görülür. Beləki, bu yolla düyünün strukturunu təyin etmək və xərçəng diaqnozunu inkar və yaxud təsdiq etmək mümkün olmur.