KONSERVATİV MÜALİCƏ

Hansı hallarda ur dərmanla müalicə olunmalıdır?

  • Urun kiçik ölçülü olması
  • Tiroksin qəbulundan sonra vəzin və ya düyünün ölçülərinin kiçilməsi
  • Tireoid hormonlarının çatmamazlığl
  • ≤ 2,5-3 sm tək düyünün olması
  • Yaşın klimaks dövrünə yaxın olması
  • Xəstənin cərrahi əməliyyat keçirməkdən qorxması və imtina etməsi
  • AİT-in varlığı
  • NİAPB-da maliqnizasiyaya şübhənin olmaması

Konservativ müalicənin hansı dərman preparatı ilə aparılması qalxanvari vəzin patologiyasından asılıdır. Toksiki urların konservativ müalicəsi tireostatiklərlə (merkazolil, tirozol, propisil və s.), hipotireozun müalicəsi qalxanvari vəz hormonun əvəzedicisi olan L-tiroksin və onun analoqları (eutiroks, baqotiroks və s.) ilə, eutireoid vəziyyətdə kiçik düyünlərin müalicəsi də L-tiroksin və onun analoqları ilə aparılır.