Qalxanabənzər vəzin ssintiqrafiyasi

Qalxanabənzər vəzin ssintiqrafiyası vəzdə yerləşən düyünlərin soyuq və ya isti olmasını göstərən bir metoddur. Funksional aktiv düyünlər bu müayinə əsasında isti, funksional qeyriaktiv düyünlər isə soyuq olaraq adlandırılır. Bu metod xoş və bəd xassəli düyünləri bir-birindən ayırmır, sadəcə olaraq düyünün funksional vəziyyətinə əsaslanaraq bəd xassəli xəstəliyin olması barəsində təsəvvür yaradır. Soyuq düyünlərin 16%-də, isti düyünlərin isə təqribən 4%-də bəd xassəlik müəyyən edilir.