Radioaktiv yodla müalicə
Radioaktiv yodla müalicə qalxanvari vəzin seçici olaraq J131 izotopunu udmasına əsaslanıb. Radioaktiv yodla müalicəyə göstəriş:
- Diffuz toksiki ur (Qreyvs-Bazedov xəstəliyi)
- Qalxanvari vəzin diferensasiya olmuş xərçəngi (papilyar, follikulyar)
Toksiki urlar zaman radioaktiv yodla müalicəyə başlamazdan əvvəl tireotoksikozu aradan götürmək lazımdır. Lakin müalicədən 8-10 gün əvvəl bütün tireostatiklərin, yod preparatlarının, tireoid hormonlarının qəbulu dayandırılmalıdır.
Radioaktiv yodla müalicədən öncə qanda TSH ölçülməlidir. Müalicəyə başlamaq üçün mütləq TSH >30mED/l olmalıdır.
Radioaktiv yodla müalicədən 2-3 gündən sonra başlayaraq tireod hormonları ömürlük qəbul olunmalıdır.