Şüa terapiyasına göstəriş:

  1. Qalxanvari vəzin diferensasiya olmamış xərçəngi (medulyar, anaplastik)
  2. Endokrin oftalmopatiya

Şüa terapiyasını qalxanvari vəzin diferensasiya olmuş xərçəngində yox, yalnız diferensasiya olmamış xərçənglərində prosesin yerli yayılmasının qarşısını almaq və xəstənin ümumi vəziyyətini qismən yaxşılaşdırmaq məqsədilə aparılır.

Bundan əlavə endokrin ekzoftalmlı (göz almalarının önə doğru qabarması) xəstələrdə, göz arxası toxumalardakı şişkinlik heç bir dərman müalicəsi ilə aradan götürülməzsə, şüa terapiyası qismən effektiv olur. Bu zaman həm göz alması qismən yerinə oturur, həm də gözdə olan ekzoftalm ilə bağlı şikayətlər azalır.