Qalxanabənzər vəz ur zob nədir

Qalxanabənzər vəz boynumuzun önündə və nəfəs borusunun hər iki tərəfində yerləşən, iki paydan ibarət olub, qana hormon ifraz edən bir orqandır.

qbv01

Qalxanabənzər vəzin ölçülərinin müxtəlif səbəblər üzündən böyüməyi ur (zob) adlanır. Böyüməyin əsas səbəbi qalxanabənzər vəzinin tərkibində bir və yaxud bir neçə düyünün inkişafıdır. Azərbaycanda yaşayan əhalinin təqribən 10-20%-də ur vardır. Düyünlər çox halda xoş xassəlidirlər. Amma az da olsa bəd xassəliləri də vardır. Qalxanabənzər vəz, qalxanabənzər vəz hormonlarını (T3, T4) ifraz edir. Bu hormonlar orqanizmdə maddələr mübadiləsinin normal gedişini tənzimləyən həyati vacib maddələrdəndir və bu hormonlar orqanizmdə heç olmadıqda insan yalnız 3-4 ay yaşaya bilər. Bu hormonlar uru olan insanların çoxunda normal səviyyədədir və buna görə də əsaslı bir şikayətə səbəb olmurlar.