Toksiki urlar

Toksiki urlarda  qalxanvari vəzin funksiyasının artması nəticəsində  hormonlar (T3 və T4-ün) qana  artıq miqdarda ifraz olunur. Bu urlar el arasında “zəhərli zoblar” kimi tanınır. Toksiki urlar  diffuz, düyünlü və qarışıq ola bilər. Yodla zəngin olan ərazidə daha çox diffuz  toksiki urlara (Bazedov-Qreyvs xəstəliyi) , yod çatışmayan zonalarda isə əksər hallarda düyünlü toksiki urlara rast gəlinir.

Bu cür xəstələr ən çox ürəkdöyünmədən əldə olan titrəmədən və tərləmədən, əsəbilikdən, iştahanın artıq olmasına baxmayaraq hər gün arıqlamadan,  rənglərinin boğanaqlığından, ağlağanlıqdan, istiyə dözümsüzlükdən, ümumi zəiflikdən, bəzi hallarda aşağı ətrafların ön hissəsinin şişkinliyindən şikayətlənirlər. Diffuz toksiki urlar zamanı adətən ekzoftalm-göz almalarının önə doğru qabarması müşahidə olunur. Qan təhlilləri zamani T3 və T4-ün səviyyəsinin yüksəlməsi , TSH-ın isə enməsi  qeyd olunur.

Ekzoftalm çox ağır patologiyadır. Bu zaman xəstələr gözdə olan ağrılardan, gözün qurumasından, gözdə sanki yad cismin olması hissindən şikayətlənirlər. Müalicəsi həm konservativ (sidikqovucular, hormonal terapiya) həmdə operativ aparılır. Lakin konservativ müalicə həmişə müsbət effekt vermir. Operativ müalicə zamanı mütləq qalxanvari vəz tamamilə çıxardılmalıdır. Əməliyyatdan sonra göz alması öz yerinə oturur.

Ekzoftalm1aEkzoftalm1b

Ekzoftalm2a Ekzoftalm2b