Hipofiz xəstəlikləri

Hipofiz – endokrin sistemin əsas vəzisidir. Hipofiz hormonları bütün endokrin orqanların fəaliyyətinə təsir edir , eləcə də müstəqil olaraq bədən funksiyalarını birbaşa tənzimləyir.

Hipofiz hormonlarının artıqlığı və ya çatışmamazlığı ciddi xəstəliklərə gətirib çıxardır.

Hipofiz vəzi  əsas sümüyün  türk yəhəri çuxurunda yerləşir.

Hipofizar hormon çatışmamazlığının nəticələri :

  • Cinsi inkişafın ləngiməsi və cinsi istəyin olmaması-

follikulstimulaşdırıcı və lüteinləşdirici hormonların ( cinsi hormonların ifrazını stimulə edən hormonlar ) defisiti

  • İkincili hipotireoz- qalxanabənzər vəz hormonlarının defisiti
  • Hipopituitarizm – bütün hipofiz hormonlarının defisiti
  • Hipofizar nanizm və ya cırtdanboyluluq – somatatrop hormon çatmamazlığı

Hipofiz hormon artıqlığının nəticələri :

  • Qiqantizm – somatatrop hormon artıqlığı
  • Kuşinq xəstəliyi – adrenokortikotrop hormon artıqlığı

Ağır xəstəlikdir. Hansı ki şəkərli diabet , yüksək arterial

təzyiq , osteoporoz , piylənmə ilə xarakterizə olunur.

  • Hiperprolaktinemiya – prolaktin artıqlığı qadınlarda aybaşı dövrünün və laktasiyanın pozğunluğu ilə , kişilərdə isə – cinsi istəyin azalması , impotensiya və bəzən laktasiya ilə müşahidə olunur.