Qalxanabənzər vəz xəstəlikləri

Qalxanabənzər vəz xəstəlikləri – endokrin sisteminin ən çox rast gəlinən xəstəliklərindəndir. Bu xəstəliklərin təzahürləri ilk növbədə qalxanabənzər vəz tərəfindən ifraz olunan hormonların səviyyəsindən asılıdır.

Qalxanabənzər vəz hormonlarının çatışmamazlığı hipotireoz adını daşıyır.

Bu sindrom çox tez-tez rast gəlinir , əsasəndə yaşlı qadınlarda müşahidə olunur. Bu sindromun yaranma səbəblərindən qalxanabənzər vəzin müxtəlif təbiətli iltihabi xəstəlikləri ( məsələn autoimmun tiroidit ) , qidada yod çatışmamazlığı ( endemik ur ) , qalxanabənzər vəzin travmaları , hipofiz xəstəlikləri (ikincili hipotireoz) və s. misal göstərmək olar.

Bədəndə qalxanabənzər vəz tərəfindən ifraz olunan hormonların artıqlığı tireotoksikoz adlanır.

Bu vəziyyət diffuz toksiki urlarda (Graves xəstəliyi), qalxanabənzər vəzin tək və ya çoxsaylı düyünlərində , qalxanabənzər vəzin əvəzləyici hormonal preparatlarının və ya yodun artiq dozada istifadəsində, eləcədə hipofiz xəstəliklərində müşahidə olunur.

Hipotireoz zamanı bədəndə bütün mübadilə prosesləri ləngiyir, hipertireozda isə əksinə maddələr mübadiləsi sürətlənir və bədənin bütün orqan sistemləri artiq dərəcədə fəaliyyət göstərirlər.

Qalxanabənzər vəz xəstəliklərinə çox ciddi yanaşmaq lazımdır.

Müvafiq müalicə alınmadıqda bir çox ağırlaşmalar yaranar , həmçinin həyat üçün təhlükəli hallara səbəb ola bilər. Məsələn, hipotireoid koma, tireotoksik kriz. Buna görədə qalxanabənzər vəz problemlərindən şübhələndikdə təxirə salmadan müvafiq müayinələr və müalicə üçün endokrinoloqa müraciət etmək lazımdır.