Klimaks

Normal həyatda bütün insanlar gec-tez yaşlanırlar və klimaksla bağlı problemlərlə üzləşirlər.

Təxmini 50 yaşa catanda, maddələr mübadiləsi zəifləyir , cinsi hormonların ifrazı azalır , hüceyrə yenilənməsi ləngiyir və cavan yaşda az və ya heç rast gəlinməyən problemlər və patologiyalar yaranmağa başlayır.

Klimaks dövrünün təzahürlərindən ən çox qadınlar əziyyət çəkir.

Pis əhval-ruhiyyə , tərləmə təzadları , təzyiqin oynaması , ürək döyüntüləri kimi vəziyyətlər uzun müddət davam edə bilər.

Qadın hormonlarının daimi defisiti osteoporozun inkişafına , ürək-damar xəstəliklərinə , sidik qaçırmaları və cinsiyyət orqanlarının sallanması kimi hallarin yaranmasina təkan verir .

Kişilərdə qadınlara nisbətən hormonal  dəyişkənlik (andropauza ) daha gec və daha mülayim şəkildə keçir.Çox vaxt onlar fiziki diskomfort hiss etmirlər və yalnız bəziləri təzyiqin oynaması , tərləmə , ani baş gicəllənməsi , taxikardiya kimi şikayətlərlə üzləşirlər. Kişi cinsi hormonların çatışmamazlığı ciddi xəstəliklərə səbəb ola bilər ( prostat adenoması , prostat xərçəngi və s . ). Buna görə də mütəmadi olaraq həkim- androloqlarda , həkim-endokrinoloqlarda və digər ixtisaslı həkimlərdə müayinələrdən keçmək mütləqdir.

Kişilərdə və qadınlarda belə hallar baş verdikdə, onlara əvəzedici hormonal terapiya təklif oluna bilər. Hansıki, bu halda klimaksa bağlı bir çox problemləri aradan qalxır və yanaşı ola biləcək xəstəliklərin qarşısı alınır.