Böyrəküstü vəz xəstəlikləri

Böyrəküstü vəzilər – kiçik cüt orqanlardır və  böyrəklərin yuxarı qütbündə yerləşirlər.

Böyrəküstü vəzlərin əsas məqsədi – bədənin bütün həyati vacib proseslərini tənzimləyən hormonları istehsal etməkdir.

Məsələn, qlükokortikoid hormonlar – maddələr mübadiləsi və enerji mübadiləsi üçün məsuliyyət daşıyır, mineralokortokoidlər – su və duz mübadiləsində iştirak edir, androgenlər və estrogenlər – cinsi hormonlardır, adrenalin və noradrenalin isə – stress hormonlarıdır.

Böyrəküstü vəzlərin xəstəliklərinə nələr səbəb ola bilər ?

  • Hipofizdə AKTH – adrenokortikotrop hormonunun ( böyrəküstü vəzilərin fəaliyyətini tənzimləyən ) artiq ifrazı – Kuşinq sindromu.
  • Böyrəküstü vəzilərin öz hormonlarının artiq ifrazı. Məsələn , böyrəküstü vəzilərin şişlərində.
  • AKTH defisiti ( ikincili böyrəküstü vəzilərin çatışmamazlığı )
  • Böyrəküstü vəzilərin zədələnməsi və ya olmaması nəticəsində yaranan böyrəküstü vəzilərin öz hormonlarının çatışmamazlığı    ( birincili kəskin və ya xroniki böyrəküstü vəz catmamazliği).

Böyrəküstü vəzlərin xəstəliklərininin təzahürləri artiq və ya çatışmayan hormon, eləcədə hormonlarin sintezinin dərəcəsindən asılıdır.

Məsələn, mineralokortikoidlərin artıqlığı təzyiqi yüksəldir və kalium səviyyəsini azaldır, cinsi hormonların artıqlığı isə cinsi inkişafın pozulmasına və üzdə tüklənməyə səbəb olur.

Həyat üçün ən təhlükəli vəziyyəti isə kəskin böyrəküstü vəz çatışmazlığında yaranir. Hansı ki bu hal – böyrəküstü vəzilərin hormon ifrazının ani azalma və ya dayanması nəticəsində baş verir.

Qanda və sidikdə hormonlarin səviyyələrin təyininə əsaslanaraq, spesifik probların və instrumental müayinələrin (USM , kompyuter tomoqrafiya) nəticələrini analiz edərək, həkim dəqiq diaqnoz qoya bilir və xəstəliyin səbəbini aydınlaşdirir.

Böyrəküstü vəz hormonlarının defisitində çox vaxt pasientlərə ömürlük əvəzedici hormonal terapiya təyin olunur. Artıq ifrazında isə adrenalektomiya  ( böyrəküstü vəzlərin bir və ya ikisinində cixarilmasi əməliyyatı) lazım gələ bilər.