Menstrual dövrün fazaları və qadın cinsiyyət  hormonları

Menstrual dövr – qadın cinsiyyət orqanlarında təxmini eyni intervallardan bir təkrarlanan dəyişkənliklərdir.

Menstrual dövrün bioloji əhəmiyyəti – qadın bədəninin mümkün ola biləcək hamiləliyə hazırlamaqdır.

Menstrual dövrün davam etmə müddəti nədir ?

Menstrual dövrün normal davam etmə müddəti 21 – 35 gündür.

Menstrual dövrün hesablanması qanaxmanın ilk günündən başlayır.

Menstrual dövrün fazaları və bunları tənzimləyən hormonlar.

Menstrual dövr iki fazaya bölünür və bunların arasında ovulyasiya baş verir.

Birinci faza follikulyar fazadır. Məhz bu mərhələdə follikul yetişir , hansından ki, sonra yumurta hüceyrəsi çıxır. Bu faza menstruasiyanın ilk birinci günündən ( menstrual qanaxma) etibarən hesablanır və ovulyasiya baş verdikdə bitir. Təxminən dövrün yarısın tutur. Xüsusi hüceyrələr bu dövrdə cinsi hormonlar – estrogenlər ifraz edirlər. Bütün follikulyar faza dövründə bədən temperaturası 37 dən aşağı olur. Ovulyasiya baş verdikdə bədən temperaturası kəskin şəkildə aşağı düşür.

Menstrual dövrün növbəti fazası lütein fazasıdır ( və ya sarı cismin fazası ). Sarı cisim yetişmiş yumurta hüceyrənin yerində , yumurtalıqda yaranır. Bu faza dərhal ovulyasiyadan sonra başlayır və müddəti sarı cismin mövcud olduğu müddətə bərabərdir ( təxmini 12 – 14 gün ). Bu fazada əsas məqsəd – estrogen və progesteron balansının təmini, hansılar ki sarı cisim tərəfindən ifraz olunur və mümkün ola biləcək hamiləlik üçün bədəni hazırlayırlar. Bu fazada bədən temperaturası 37 dərəcədə qalır , və menstruasiyanın ilk günündə kəskin aşağı düşür.

Ovulyasiya – yetişmiş yumurta hüceyrəsinin (mayalanmaya hazır olan) follikullardan qarın boşluğuna çıxması, və uşaqlıq boruları ilə uşaqlığa doğru hərəkətidir. Qadın bədənində cinsi yetkinliyə kimi təxmini 300 000 – 400 000 yumurta hüceyrələri saxlanılır. Birinci ovulyasiya cinsi yetkinlikdən bir müddət sonra başlayır, axırıncısı isə – menstrual funksiyanın sönməsindən sonra , klimaks dövründə.

Ovulyasiya dövrünün təyini əsasən hamiləliyə hazırlaşan qadınları maraqlandırır , çünki hamiləliyin baş vermə ehtimalı yalnız müəyyən günlərdir : ovulyasiyaya qədər 3-4 gün , ovulyasiya dövründə və 1-2 gün sonra.