Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:
 
nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;
qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;
kişilərdə – potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması;
daima aclıq fonunda çəkinin azalması;
uzun müddət davam edən hərarət (37,5 – 38-dək);
quru və isti dəri;
bərəlmiş gözlər;
əllərin əsməsi.
 
Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!