Osteoporoz

Bu xəstəliyin adı iki yunan sözündən yaranıb : osteon – sümük , poros – məsamə.

Osteoporoz – sümük toxumasının xəstəliyidir. Hansıkı, sümüklərdə boşluqların və məsamələrin yaranması ilə özünü biruzə verir.

Bu səbəbdən sümüklər həddindən artıq kövrək olub və cüzi bir zədə nəticəsində qırılırlar.

Osteoporoz diaqnozu qoyulan xəstələrdə düz yolda ayaq büdrəməsi , ağır qapını açmaq və ya ayaqların üzərinə ağır kitabı düşürmək kimi sadə bir travmalar ağır sınıqlarla nəticələnə bilər.

Osteoporoz sümük toxumasının ən yayılmış xəstəliyi olub , qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir.

Səbəblər.

Osteoporoz heç bir zaman özbaşına yaranmır. Adətən sümük kütləsinin azalması, maddələr mübadiləsində pozğunluqlarla bağlı olur. Bunu yaradan risk faktorlarına aiddirlər : sınıqlar və travmalar , Ca mübadiləsinin pozulması, irsi xəstəliklər , yaş, uzunmüddət siqaret çəkmə , alkoqalizm , həzm sistemində problemlər , hormonal disbalans , çox sayda hamiləlik, uzun müddət süd vermə və s.

Çox zaman osteoporoz qadınlarda menopauza dövründə yaranır , buna səbəb isə cinsi hormonların ifrazının azalmasıdır. Məlumdur ki , cinsi hormonlar birbaşa sümük maddələrinin mübadiləsinin vəziyyətinə təsir edir və onların çatışmamazlığında sümük kütləsinin azalması müşahidə olunur .

Osteoporoz səbəblərindən biridə bəzi dərman preparatların istifadə olunmasıdır. Məsələn ümumi sintetik kortekosteroidlər quruluşca böyrəküstü vəz hormonlarına bənzəyirlər və həmçinin sümük mübadiləsində iştirak edirlər. Steroid preparatları uzunmüddətli istifadə etdikdə bədəndə hormonal disbalans baş verir , nəticədə isə sümüklər zərər görür .

Yaşlılarda isə osteoporozun inkişafı hormonlarla yox , bağırsaqlarda Ca absorbsiyasının ( sovrulmasının ) zəifləməsi və sümük “ yaradan” hüceyrələrin aktivliyinin azalmasıdır.

Nələr baş verir ?

İlkin mərhələlərdə osteoporoz özünü birüzə vermir. Xəstəliyin başlanmasından 10 ilə yaxın keçə bilər, xəstə isə onun bədənində nə proseslər baş verdiyindən bixəbər olur . Sümük kütləsinin azalması ağrılarla müşahidə olunmur , çox nadirən xəstələr bel nahiyyəsində sızıltı hiss edirlər. Osteoporozun ilk əlaməti anidən baş verən, hər hansısa sümüyün patoloji sınmasıdır. Sınıqla bağlı rentqen çəkildiyində osteoporoz əlamətləri nəzərə çarpır.

Diaqnoz

Osteoporoz diaqnozun qoymaq üçün aşağıda sadalananlar həyata keçirilməlidir:

  1. Densitometrik müayinə və lazım gəldikdə kompyüter tomoqrafiya
  2. Qanda Ca , Fosfor , Mg ,Vitamin D və iPTH təyini.

Müalicə

Endokrin pozğunluq müşahidə olunduğunda, mütləq hormonal fonu bərpa edəcək preparatlar qəbul edilməlidir.

Həmçinin bu xəstələrə mütləq Vitamin D3 və Ca preparatları təyin olunur. Bu insanlara masaj və müalicəvi idman ilə məşqul olmaq, lazım gələrsə korsetlərdən istifadə etmək məsləhət görülür.

Profilaktika

Profilaktikada ilk atılacaq addım bədənin kifayət qədər Ca ilə təmin olunmasıdır. Kalsium ilə ən zəngin qidalar süd və süd məhsulları (pendirlər və kəsmik), yaşıl tərəvəzlər (cəfəri, kahı, soğan), paxlalılar, qoz-fındıq, balıq, sitruslardır.