Piylənmə

Piylənmə – bədəndə piy toxumasının toplanması nəticəsində bədən çəkisinin artmağıdır. Bu zaman, piy bədəndə piy depolarında ( dərialtı piy toxuması və daxili orqanların ətrafı) saxlanılır.

Piylənmə iki növ olur :

  • Yuxarı (“ kişi “ ) tipli piylənmə

Piy əsasən qarın və ondan yuxarı nahiyyələrdə toplanılır .

  • Aşağı ( “ qadın “) tipli piylənmə

Piy əsasən baldırlarda və yancaqlarda toplanır.

Gündəlik həyatda artıq çəkisi olan insanlar daha çox əziyyət çəkirlər , bura birinci növbədə özünə güvənsizlik və komplekslərin olması aiddir.

Həmçinin , artıq çəkisi olan insanlar şəkərli diabet , hipertoniya , miokard infarktı və xərçəng kimi xəstəliklərə artıq çəkisi olmayan insanlara nisbətən daha çox meyillidirlər.

Əgər sizi artıq çəki narahat edirsə , buna qeyri-ciddi yanaşıb özbaşına dietaya oturmaq kimi səylərə yol verməyin. Birinci növbədə , həkimlərlə ( endokrinoloq , dietoloq ) konsultasiya edib , lazım olan müayinələrdən keçdikdən sonra , mütəxəssislərin rəyi və nəzarəti altında müalicəyə başlamaq olar.

Səbəblər.

Piylənmənin əsas səbəbləri – həddindən artıq gidalanma və azhərəkətli həyat tərzidir. Bura psixoloji problemləridə aid etmək olar . Çox vaxt artıq gidalanma stress nəticəsində olur. Bu hallarda xəstələr ancaq yemək yeyərək rahatlaşırlar.

Piylənmənin inkişafında əsas rollardan biridə, yaşdır. Buna səbəb isə yaş artdıqça maddələr mübadiləsi zəifləməsi və baş beyində doyma mərkəzinin fəaliyyətinin pozulmasıdır : yaş artdıqca , doymaq üçün insanların daha çox gidaya ehtiyacları olur.

İkincili piylənmə deyə bir anlayış vardır. Bu hallarda səbəb endokrin   ( hormonal ) disfunksiya ilə əlaqədardır. Piylənmə Kuşing sindromunda , hipotireozda və s. kimi xəstəliklərdə müşahidə olunur. Bədən çəkisinin kəskin artması bəzi dərman preparatlarının qəbul edilməsi ilə bağlıdır    ( deksametazon , prednizolon və s. ) . Artıq çəkiyə meyilliliyin, irsi xüsusiyyətləridə vardır.

Nələr baş verir ?

Birincili piylənmədə artıq gidalanma baş beyində doyma və iştaha mərkəzinin fəaliyyətini pozur , və nəticədə normal miqdarda gidalanma toxluq hissi yaratmır. İnsanın hər dəfə daha çox yeməyə ehtiyacı olur. Artıq kalorilər piy depolarında “ehtiyat “ şəklində saxlanılır , bu isə bədəndə piy toxumasının artmağına, yəni piylənməyə gətirib çıxardır.

Piylənmənin nəticələri

Piylənmə birbaşa indiki zəmanədə geniş yayılmış və ciddi sayılan xəstəliklərə təkan verir : hipertoniya , ürəyin işemik xəstəliyi, artrit , xolesistit , süd vəzilərinin, prostat vəzinin və yoğun bağırsağın xərçəngi .

Artıq çəkidən əziyyət çəkənlərin çoxusu özünə inamsızlıqdan , depressiyadan , nevrozlardan və digər psixoloji problemlərdən əziyyət çəkirlər.