INSULIN REZISTENTLİK zamanı nə baş verir?
Hüceyrələrin insulinə həssaslığı olmur,insulinə düzgün cavab vermirlər və buna görə də qandakı qlukozanı asanlıqla hüceyrə daxilinə keçirə bilmirlər.Nəticədə qlukozanın hüceyrələrə daxil olması ucun daha yüksək səviyyədə insulin lazım olur.Mədəaltı vəzin Beta hüceyrələri artan insulin tələbatını qarşılamağa çalışır və daha çox insulin sintez edir.
Bir müddət sonra mədəaltı vəz kifayət qədər insulin sintez edə bilmir . Kifayət qədər insulin olmadığından yüksək qlukoza qanda toplanır və prediabet ,diabet və digər ciddi xəstəliklərə yol açır.
terapevt endokrinoloq Aysel Cəfərova