zNDDVILbRaş Universitetinin tibb mərkəzinin mütəxəssisləri darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətlərini kəşf ediblər.

ANS PRESS-in məlumatına görə, onun tərkibinə daxil olan maddələr insanın baş beyinində degenerativ prosesləri ləngidir. Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.

Tədqiqatlar zamanı müəyyən olunub ki, darçın yeyilən zaman orqanizmdə natrium benzoat əmələ gəlir. Bu maddə baş beyinə rahat daxil olaraq sinir toxumasının qorunmasına cavabdeh olan zülalların dağılması prosesini yavaşıdır.

Qeyd edək ki, bu zülallar parkinsonizm zamanı ciddi xəsarət alır. Eksperiment laboratoriya siçanları üzərində aparılmışdır. Məlum olduğu kimi, siçanlar ilə insanın sinir sistemi eyni qanunlara tabedir.

Alimlər hesab edirlər ki, bu kəşf Parkinson xəstəliyinin inkişafını yavaşıdan ən təhlükəsiz vasitəni işləyib hazırlamağa kömək edəcəkdir.

12.02.2016

Dəhşətli xəstəliyin müalicəsi tapıldı

Raş Universitetinin tibb mərkəzinin mütəxəssisləri darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətlərini kəşf ediblər. ANS PRESS-in məlumatına görə, onun tərkibinə daxil olan maddələr insanın baş beyinində […]
12.02.2016

Uşaqlar çox vaxt qarpızdan zəhərlənir

Qidadan zəhərlənmə halları tək böyüklər arasında deyil, azyaşlılar arasında da geniş yayılıb. ANS TV-nin məlumatına görə, xüsusilə isti yay mövsümündə bu hal daha çox müşahidə olunur. […]
12.02.2016

Ebola virusu üçün 1 milyard dollar lazımdır

Qerbi Afrikada milyonlarla insanın heyatına qarşı tehlükeye çevrilen Ebola virusunun qarşısını almaq üçün 1 milyard dollara qeder maliyye vesaitine ehtiyac var. ANS PRESS-in melumaıtna göre, bu […]