GÖZLƏRİNİZƏ DİQQƏT YETİRİN.

Oftalmoloqa nə üçün müraciət etmək lazımdır?
Diabet zamanı şəkərin yüksəlməsi ilə əlaqədər olaraq, torlu qişanı oksigen və qida maddələri ilə təmin edən qan damarları ürək, böyrək və digər orqanların damarları kimi zədələnirlər. Onların elastikliyi azalır, daha kövrək olur, tez zədələnirlər, torlu qişada ödem və qan sızmalar əmələ gəlir. Bu, görmə qabiliyyətində korluğa qədər gətirib çıxaran fəsadlar yarada bilər.
İlkin, bəzən də son mərhələlərdə torlu qişanın zədələnməsi simptomsuz müşahidə oluna bilər. Buna görə də, hətta görmə qabiliyyətinizlə bağlı sizi narahat edən səbəb olmasa belə, mütamadi olaraq oftalmoloqa müraciət etmək lazımdır.

Diabetik retinopatiyanın simptomlarını yadda saxlayın:
• Görmə qabiliyyətinin azalması.
• Göz önündə dumanlılıq.
• Xətlərin, əşyaların yayılmış və əyilmiş görüntüsü.
• Gözlər önündə duman, qara nöqtələr.

Bu simptomlar yaranan kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır!
Yadda saxlayın: ağırlaşan mərhələlərdə görmə qabiliyyətinin azalması korluğa qədər irəliləyə bilər.
DİABETƏ NƏZARƏT ETMƏK ÜÇÜN NƏ EDƏ BİLƏRƏM?

Öz xəstəliyini nəzarət altına almaq – qanda şəkərə nəzarət etmək və onun göstərişlərinə əməl etməkdir. Siz nəzarət etməliniz ki, qanda şəkərin səviyyəsi mümkün olduğu qədər həkiminiz tərəfindən müəyyən olunmuş norma ilə üst-üstə düşsün.
Şəkəri müvafiq səviyyədə saxlamaq üçün sizin üç əsas alətiniz var:
1. Sağlam qidalanma.
2. Aktiv həyat tərzi.
3. Həkim tərəfindən təyin olunan dərman preparatının qəbulu.
Xatırlamaq lazımdır ki, dərman preparatlarının qəbulu pəhriz və hərəkət aktivliyi rejiminə riayət olunmasını ixtisara salmır. Pəhriz və fiziki yüklənmələr diabetə nəzarət istiqamətində həblər qədər mühüm və uğurlu faktor sayılır.
Sizə tövsiyə olunan şəkər salan preparatları mütəmadi qəbul etməyi unutmayın. Qanda şəkəri normal səviyyəyə çatdıran insanlar əksər hallarda onlara təyin olunan şəkərsalıcı preparatların qəbulunu özbaşına dayandırırlar. Bu, xəstəliyin gedişatının pisləşməsinə gətirib çıxarır.
Heç vaxt həkim tərəfindən təyin olunan dərmanların qəbulunu özbaşına dayandırmayın.

12.04.2016

GÖZLƏRİNİZƏ DİQQƏT YETİRİN.

GÖZLƏRİNİZƏ DİQQƏT YETİRİN. Oftalmoloqa nə üçün müraciət etmək lazımdır? Diabet zamanı şəkərin yüksəlməsi ilə əlaqədər olaraq, torlu qişanı oksigen və qida maddələri ilə təmin edən qan […]
09.04.2016

İKİNCİ TİP ŞƏKƏRLİ DİABET NİYƏ YARANIR?

İKİNCİ TİP ŞƏKƏRLİ DİABET NİYƏ YARANIR? İrsi meyillilik aşağı fiziki aktivlik və tarazlaşdırılmamış qidanlanma ilə birlikdə II tip ŞD-in inkişafına zəmin yaradır. Mədəaltı vəzinin beta-hüceyrələri daha […]
19.03.2016

Sadiq Bəbirov- əməliyyat