BƏBİROV SADİQ SAHİB oğlu

Cərrah Endokrinoloq,
Tibb üzrə fəlsəfə doktoru
________________________________________

1974 cu ildə Bakıda doğuldu. Orta təhsilini 1981-1991 ci illər arasında Bakı şəhəri Nizami rayonu 129 saylı orta məktəbində alaraq oranı gümüş medalla bitirdi.

1991 -ci ildə N.Nərimanov adına ADTU-nin müalicə profilaktika I fakültəsinə qəbul oldu.

1997– ci ildə N.Nərimanov adına ADTU-ni fərqlənmə diplomu ilə bitirdi.

1998– ci ildə Akad. M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə ixtisası üzrə internaturanı bitirdi.

1998– ci ildən bu günə qədər Akad. M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin endokrin cərrahiyyə şöbəsində işləyir.

2001-2002, 2006-2007 -ci illər arasında TC İstanbul Tibb Fakültəsi Genel Cerrahi ABD endokrin cərrahiyyə ixtisası üzrə işləmiş və oranı müvəffəqiyyətlə bitirmişdir.

2007-ci ildə “Qalxanabənzər vəzin və uşaqlığın müştərək cərrahi patologiyaları zamanı müalicə taktikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

2008-ci ildən ANS kanalında “Sağlıq olsun” proqramının aparıcısıdır.

2010-2013-cü illərdə Modern Hospitalda Baş həkim vəzifəsində işləyib.

2019-cu ildə  Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin endokrin cərrahiyyə şöbəsinin yeni müdiri təyin edilib.

Hal hazırda “Endokrin Mərkəz”də işləyir.

06.05.2019

Dr.Sadiq Bəbirov

BƏBİROV SADİQ SAHİB oğlu Cərrah Endokrinoloq, Tibb üzrə fəlsəfə doktoru ________________________________________ 1974 cu ildə Bakıda doğuldu. Orta təhsilini 1981-1991 ci illər arasında Bakı şəhəri Nizami rayonu 129 […]
11.02.2019

ŞƏKƏRLİ DİABETƏ NƏZARƏT ETMƏK NƏ ÜÇÜN VACİBDİR?

Birincisi, diabeti olan xəstənin qanında şəkər yüksək həddə qalırsa, bu onun özünü pis hiss etməsinin səbəbi ola bilər. Qanda yüksək şəkər əlamətlərinə (simptomlarına) ağızdakı quruluq, susuzluq, […]
05.02.2019

Tireoid hormonların artıqlığı

Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:   ✅ nəbzin surətlənməsi və güclənməsi, […]
19.12.2017

Böyük qan dövranı

Qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığına qədər keçdiyi yola böyük qan dövranı deyilir. Böyük qan dövranında ürəkdən qovulan qan bədənin ən […]